Hepatitə yoluxan uşaqlardan biri evə buraxılıb

 Hepatitə yoluxan uşaqlardan biri evə buraxılıb
  18 Noyabr 2023    Oxunub:1482
Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AzVision.az -a verilən məlumata görə, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.

Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir.

Qeyd edək ki, 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib və Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Xəstələrin müalicəsi davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti