İki marşrut üzrə avtobuslarda gediş haqqı “BakıKart”la olacaq

   İki marşrut üzrə avtobuslarda gediş haqqı “BakıKart”la olacaq
  19 Noyabr 2023    Oxunub:1107
Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.
Bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.

Qeyd edək ki, 567 və 592 saylı marşrut xətləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xətlərin kart sisteminə qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox əhəmiyyətlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti