“Leyla Yunusa ayıb olsun”

“Leyla Yunusa ayıb olsun”
  17 İyun 2014    Oxunub:972
“O Azərbaycana nifrət edir, başqa dövlətlərə işləyir”

Bu gün Bakıda keçirilən NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarının 2-cü günü də qalmaqalsız ötüşməyib.

Hüquq müdafiəçisi Leyla Yunus seminara qatılan Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədova üz tutaraq ona qarşı təxribat xarakterli davranışlar sərgiləyib.

Ermənilərlə yanaşı əyləşən L.Yunus onların müdafiəçisi qismində çıxış edəərk bildirib ki, Azərbaycanda şəhid olan hərbçilərimiz erməni snayperlərinə görə dünyalarını dəyişmirlər.

“Polkovnik Səmədov Azərbaycanda peşəkar ordunun yaradılması ilə bağlı hansı işlərin görüldüyündən danışmalıdır"-deyə L.Yunus tədbirin gedişatına mane olmağa çalışıb.

L.Yunusun düşmən dövləti müdafiə etməsi haqlı narazılıqlara səbəb olub.

AzVision.az L.Yunusun bu fikirləri ilə bağlı millət vəkili və hüquq müdafiəçisi Çingiz Qənizadədən münasibət öyrənib.

Əsgərlərimizin ermənilər tərəfindən öldürülməməsi ilə bağlı Leyla Yunusun fikirlərini şərh edən millət vəkili qeyd edib ki, bu ifadələr sırf erməni şovinistinin, erməni xislətli bir insanın sözləridir:

“Hər gün cəbhədə əsgərlərimizin ermənilər tərəfindən snayperlə vuruşulmasını, atışma nəticəsində öldürülməsi faktlarını tamamilə kənara qoyaraq, orduda hansısa bir-iki ölümü əsas tutaraq, bunu ölkədə rüşvət və korrupsiyayla bağlamaq sırf ermənilərin mövqeyindən çıxış etməkdir. Hesab edirəm ki, Azərbaycanda elə insan ola bilməz ki, Leyla Yunusun bu cür ifadələrinə, fikirlərinə və şəhidlərimizə, əlillərimizə qarşı olan bu fikirlərini müsbət təbliğ edə bilsin. Bu ermənisevər bir insanın Azərbaycan dövlətinə olan nifrətinin ifadəsidir. Bu cür hərəkətlər əvvəllər də olurdu. Çingiz Qənizadə olaraq uzun illərdir Leyla Yunusun Azərbaycan dövlətini sevmədiyini, əslində başqa dövlətlərə qulluq etdiyini qeyd edirdim. Bu gün də zaman göstərir ki, mənim fikrimdə olan insanların sayı qat-qat çoxalıb. Və aydın olur ki, o Azərbaycana nifrət edir, başqa dövlətlərə işləyir”.

Çingiz Qənidənin sözlərinə görə, Leyla Yunusun həmin tədbirdə işlətdiyi ifadələr bütün mətbuatda işıqlandırılmalıdır:

“Çünki Azərbaycanın ən ucqar kəndində olan fermerden ziyalısına qədər hər kəs Leyla Yunusun bu fikirlərini bilməlidir, onu tanımalıdır ki, bu şəxs kimdir:

“Məncə ölkəsini sevən, millətini sevən heç kim, hətta ən radikal müxalifət partiyasının nümayəndəsi də Leyla Yunusun fikirlərini ifadə edə bilməz. Çünki bu fikilər bizim minlərlə şəhidlərimizin ruhuna hörmətsizlikdir. Sadəcə mən bu adama deyirəm ki, ayıb olsun. Biz artıq onun kimliyini bilirik. Onu da qeyd etmək istəyirəm ki, onun kimi adamların ortaya atdığı böhtan xarakterli fikirlər artıq xarici təşkilatlar tərəfindən qəbul edilmir. Hesab edirəm ki, NATO-nun seminarında olan əcnəbilər də bu qadının sağlam düşüncə sahibi olmadığının şahidi olublar”-deyə deputat qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti