"Ağsuda vətəndaşlar poçtdan kommunal xidmətlər üçün istifadə edirdi" - Azərpoçt

   "Ağsuda vətəndaşlar poçtdan kommunal xidmətlər üçün istifadə edirdi" -    Azərpoçt
  20 Noyabr 2023    Oxunub:1142
“Azərpoçt” MMC vətəndaşlara universal poçt xidmətləri (məktub, teleqram, bağlama və sairənin göndərilməsi) göstərir və yalnız bu xidmətlərə görə məsuliyyət daşıyır. Vətəndaşlar tərəfindən bu xidmətlərə tələbat olmadığı zaman isə qurum istənilən ərazi üzrə öz poçt məntəqəsinin fəaliyyətini dayanadıra bilər və bu səlahiyyəti özündə saxlayır.
AzVision.az xəbər verir ki, “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq Fateh qurumun Ağsu rayonundakı fəaliyyəti haqqında yayımlanan xəbərə münasibət bildiərkən qeyd edib.

"Sözügedən xəbərdə isə bildirilir ki, Ağsu rayonunun Kalva kəndində vətəndaşların qeyri-poçt xidmətlərinə tələbatı var və onlar bu tələbatın təmin olunmamasından narazıdırlar, yəni vətəndaşlar məktub, teleqram, bağlama xidmətlərinin ircasını nəzərdə tutmur, məhz kommunal xidmətlər üçün ödəniş vasitələrinin olmamasından şikayət edirlər.

Çox təəssüf ki, yenə də həmin xəbərdə qarşı tərəf kimi “Azərpoçt”un deyil, qeyri-poçt əməkdaşının mövqeyi qeyd olunur və şöbənin bağlanması əsassız səbəblə izah edilir.

“Azərpoçt” olaraq bildiririk ki, həmin kənddə vətəndaşlar tərəfindən son illərdə poçt göndərişləri edilmir, bununla belə kənd sakinlərinə gələn məktub və digər poçt göndərişləri gündəlik olaraq Kürdəmir Regional Poçt Filialının Ağsu Müştəri xidmətləri şöbəsinin poçtalyonu tərəfindən çatdırılır.

Sonda yaranmış vəziyyətə görə çox təəssüf etdiyimizi, hər zaman mediaya açıq olduğumuzu və KİV nümayəndələrindən gələn sorğulara operativ şəkildə münasibət bildirməyə çalışdığımızı qeyd edirik. Biz kütləvi informasiya vasitələrini vətəndaşlar və müştərilərimizlə vacib kommunikasiya platforması kimi görür, xüsusilə vətəndaşların KİV-ə inamını nəzərə alaraq, orada ən düzgün məlumatların yayımlanmasına çalışırıq".

AzVision.az



Teqlər:





Xəbər lenti