Baş Prokurorluq Astarada konfrans keçirəcək

 Baş Prokurorluq Astarada konfrans keçirəcək
  21 Noyabr 2023    Oxunub:1160
Noyabrın 29-da Baş Prokurorluq tərəfindən Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib. Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Astara rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti