Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?
Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba(Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.
Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba(Qrız), Daşkəsən, Xaltan, Göyçayda duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.
AzVision.az
Teqlər: