İraq Prezidenti İçərişəhərdə olub
Kiçik Qala küçəsi ilə gəzinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib. İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.
AzVision.az
Teqlər: