Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə bağlı yeni qərar

  Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə bağlı yeni qərar
  21 Noyabr 2023    Oxunub:1308
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan“Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
AzVision.az


Teqlər:





Xəbər lenti