Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var

   Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var
  22 Noyabr 2023    Oxunub:1131
Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan həkim-oftalmoloq, 8900 manat alan həkim-mama ginekoloq, 6 750 manat alan həkim radioloq var.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.

O bildirib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində isə (sabit əlavə və bonus) 5 dəfədən 50 dəfəyədək artım olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti