Vətəndaşlar icbari tibbi sığorta xidmətlərini qiymətləndirəcəklər
"Agentlik vətəndaş məmnunluğunun yüksəldilməsi üçün növbəti illər üçün qarşısına bir çox məqsədlər qoyub. İlk olaraq vətəndaş məmnunluğunu ölçmək üçün “e-Tabib” mobil tətbiqi üzərindən icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətləri qiymətləndirmək mümkün olacaq.
Tibbi xidmətin qiymətləndirilməsi dedikdə müvafiq xidmət üzrə rəy yazmaq, tibbi personalın davranışı, pasiyentə olan münasibət, xəstəxanadakı şərait və digər məsələlərlə bağlı pasiyentlər mobil tətbiq üzərindən fikirlərini bildirə biləcəklər. Biz öz növbəmizdə bunları ətraflı təhlil edib keyfiyyətin artırılması üçün müvafiq tədbirlər görəcəyik.
Əsas hədəfimiz universal tibbi təminata, keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaqdır.
İnanırıq ki, görüləcək bu tədbirlər tibbi xidmətlərin əhali üçün daha əlçatan olmasına və məmnunluğun artmasına, onların maliyyə risklərindən mühafizəsinə gətirib çıxaracaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: