Fərid Hüseyn festivalda iştirak edir
Daha sonra söz alan şairlər poeziya haqqında danışıb, eyni zamanda şeirlərini səsləndiriblər. F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.
F.Hüseyn festivalın üçüncü günündə - 23 noyabrda Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.
İspaniyadan Jordi Virallonqa, Şimali Makidoniyadan Xristo Petreski, Macarıstandan Petra Szöcs, Bolqarıstandan Əziz Nazmi Şakir, Yunanıstandan Aişə Adəm, İraqdan Əhməd Murad, Türkiyədən İbrahim Qəmbəroğlu, Çiğdəm Sezer, Erol Tufan, Tuba Qaplan, Rəşid Ulaş, Ebru Özden, Zeynəb Arkan, Sevgi Vural, Ercan Yılmaz, Ayşə Şəfəq Qanca, Həlimə Ulduz, Nihad Özdal, Zeynəb N.Tiryakinin qatıldığı festival olduqca maraqlı tədbirlər gündəliyi ilə seçilir.
Qeyd edək ki, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində Fərid Hüseynin “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib.
Sevindirici haldır ki, Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.
AzVision.az
Teqlər: