Zaqatalada avtomobil yanıb
Elçin Teymur oğlu Həsənova məxsus “Opel-Astra” markalı, 99 QS 278 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: