Ədliyyə işçilərinin peşə bayramı münasibətilə İmişlidə tədbir keçirilib
Tədbir əvvəlcə regional idarənin inzibati binasında fəxri ədliyyə işçisi Ruhin Xəlilovun əziz xatirəsinə hazırlanmış stendinin önünə gül dəstələri qoyulması ilə başlanılıb.
İcra hakimiyyətinin başçısı E.Rzayev dövlətimizin başçısının rəhbərliyi ilə Ədliyyə Nazirliyində aparılan islahatlardan, habelə hüquq-mühafizə orqanı kimi gördüyü genişmiqyaslı işlərin əhəmiyyətindən, bu qurumun həmişə digər dövlət orqanlarından özünəməxsusluğu ilə fərqləndiyini və nazirliyin fəaliyyəti ilə bağlı işlərdən ətraflı danışıb.
Daha sonra idarə rəisi İsgəndər Orucov çıxış edərək Azərbaycan ədliyyəsinin 105-ci ildönümü və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə kollektivi təbrik edib. Eyni zamanda bu il Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümünü olduğu dövrdə ölkəmiz digər dövlətlərin bəlkə də yüz ilə qət edə bilməyəcəyi bir yolu əmin addımlarla keçib, müstəqilliyinin ilk illərində iqtisadi böhran yaşayan, işğala məruz qalaraq torpaqlarını itirmiş dövlətdən inkişaf edən, vətəndaşlarının sosial rifahını təmin etmək gücündə olan, ən başlıcası isə güclü ordu quruculuğu siyasəti və Ali Baş Komandanın hərbi-siyasi iradəsi hesabına özünün tam suverenliyini bərpa etməyə nail olmuş müzəffər dövlətə çevrildiyini qeyd edib. Son 20 ilin inkişaf dövrünün ölkənin ədliyyə və məhkəmə-hüquq sistemindən də yan keçmədiyini vurğulayıb. Bu il 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin İlham Əliyevin prezidentliyi dövründə dövlət idarəetməsinin və ədliyyə orqanlarının inkişafının keyfiyyətcə yeni müasir mərhələsini təşkil edildiyindən danışıb. Habelə bu sahədə qəbul edilən qanunvericilik aktlarından, ölkədaxili və beynəlxalq müstəvidə görülən işlərdən bəhs edib.
Sonda İmişli regional ədliyyə idarəsinin bir sıra əməkdaşı xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.
AzVision.az
Teqlər: