Mətbuat Şurasında jurnalist Aida Eyvazovanın 60 illik yubileyi qeyd edilib
R.Məcid A.Eyvazovanın Lider TV-nin Qazaxıstan və Mərkəzi Asiya Respublikaları üzrə müxbiri olduğunu, 2006-2013-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin eyni mərkəz üzrə bürosuna rəhbərlik etdiyini, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki “Kultura+” İnternet televiziyasında Azərbaycan dili redaksiyasının redaktoru, “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnalının “Turan” bölməsinin redaktoru işlədiyini, hazırda ASAN Radionun efirində səslənən “Azərbaycan tarixi” layihəsinin müəllifi kimi də fəaliyyət göstərdiyini xatırladıb. O, yubilyarın aktiv jurnalist fəaliyyətində Azərbaycanın, Türk dünyasının tarixi ilə bağlı yaradıcılıq nümunələrinin çoxluq təşkil etdiyini, A.Eyvazovanın Mərkəzi Asiya Respublikalarında diaspor təşkilatlarımızın güclənməsinə misilsiz töhfə verdiyini vurğulayıb.
R.Məcid çoxşaxəli fəaliyyət diapazonuna malik A.Eyvazovanı Mətbuat Şurasının diplomu ilə təltif edib. Toplantıda yubilyara, həmçinin çalışdığı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Fəxri Fərmanı da təqdim olunub.
A.Eyvazova çoxillik əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
AzVision.az
Teqlər: