Xırdalanda mənzildə meyit tapılıb

 Xırdalanda mənzildə meyit tapılıb
  22 Noyabr 2023    Oxunub:1329
Xırdalanda mənzildə meyit tapılıb.

Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


AzVision.az




Teqlər:





Xəbər lenti