“YAŞAT” şəhidin serebral iflic xəstəsi olan övladını əməliyyat etdirdi

“YAŞAT” şəhidin serebral iflic xəstəsi olan övladını əməliyyat etdirdi
  23 Noyabr 2023    Oxunub:1260
“YAŞAT” Fondu şəhidin serebral iflic xəstəsi olan övladının əməliyyat xərclərini qarşılayıb.
Bu barədə AzVision.az -a fonddan məlumat verilib.

Qeyd olunub ki, “YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirir. Şəhidimiz Elbrus Əhmədovun anadangəlmə serebral iflic xəstəsi olan övladı Səmrəddin Əhmədovun ”Anterior hemiepifizyodez” əməliyyatının xərcləri Fond tərəfindən qarşılanıb.



AzVision.az


Teqlər:



Xəbər lenti