"İƏT-ə üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə pisləşib" - Sahil Babayev

 "İƏT-ə üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə pisləşib" -    Sahil Babayev
  23 Noyabr 2023    Oxunub:1629
"İƏT-ə üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

“Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bugün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”.

Nazir hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini vurğulayıb.

S. Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb. Bildirib ki, hər bir ölkədə tətbiq olunan yeniliklərin digər üzv dövlətlər tərəfindən də öyrənilməsi, tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi İƏT üçün əsas fəaliyyət istiqamətlərindəndir. Onun sözlərinə görə, Bakıda yaradılan İƏT-in Əmək Mərkəzi bu baxımdan əhəmiyyətlidir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti