Mərkəzi xəstəxanalara yeni direktorlar təyin olunub

Mərkəzi xəstəxanalara yeni direktorlar təyin olunub
  23 Noyabr 2023    Oxunub:1234
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Emil Kamilov icra edəcək.

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Həmçinin Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürək çatışmazlığından vəfat edib.

AzVision.az



Teqlər:





Xəbər lenti