Dövlət sərhəd buraxılışında AQTA məntəqələri qurulacaq

Dövlət sərhəd buraxılışında AQTA məntəqələri qurulacaq
  23 Noyabr 2023    Oxunub:1012
Qida məhsullarını idxal-ixrac əməliyyatları və tranziti zamanı nəzarətin operativ həyata keçirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarəti məntəqələri qurulacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. Fəaliyyət Planınınına əsasən, nəzərdə tutulan işlər 2024-2026-ci illəri əhatə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti