Bu iki rayonda qaz olmayacaq

Bu iki rayonda qaz olmayacaq
  24 Noyabr 2023    Oxunub:1176
Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz”, "Allahyarlı” və "Əhmədbəyli" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə AzVision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti