Zəngilanda silah-sursat və mina aşkarlandı - Foto

   Zəngilanda silah-sursat və mina aşkarlandı -    Foto
  24 Noyabr 2023    Oxunub:1065
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Zəngilan  





Xəbər lenti