İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - Fotolar
Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırladı.
Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. Transxəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu. Əməkdaşlığın perspektivləri və qarşılılıq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
AzVision.az
Teqlər: