Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
  24 Noyabr 2023    Oxunub:1135
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzVision.az -a verilən məlumata görə, buna səbəb artan sərnişin tələbatının nəzərə alınmasıdır.

Bildirilib ki, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.

Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti