Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edilib
Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
Pensiya minimum məbləğə çatdırılacaq,
Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
Pensiya indeksləşdiriləcək.
AzVision.az
Teqlər: