"Ölkədə "Hepatit A" virusu ilə bağlı vəziyyət stabildir"- TƏBİB
TƏBİB rəsmisi həmçinin bildirib ki, "Hepatit A" virusu xəsətliyinin mənbəyi elə xəstə insandır: “Xəstəlik xəstə insandan sağlam insana su, qida, ətrafda istifadə etdiyimiz əşyalarla keçə bilir. İnsan bu xəstəliyə yoluxur, amma bunu hiss etmir. Ola bilər kimsə "Hepatit A" virusuna yoluxsun, amma heç bir simptom hiss edə bilməyib. Məsələn, uşaqlarda bu, qripəbənzər simptomlarla başlaya bilər. Bir müddət sonra qaraciyər zədələndiyi üçün ürəkbulanma, qastrit, gözdə saralma, dəridə saralma ilə özünə büruzə verir”.
AzVision.az
Teqlər: