TƏBİB əhalini "Hepatit A" virusuna qarşı vaksinasiyasiya çağırıb

   TƏBİB əhalini "Hepatit A" virusuna qarşı vaksinasiyasiya çağırıb
  24 Noyabr 2023    Oxunub:1426
"“Hepatit A" virusuna qarşı vaksin var”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva "TƏBİB məsləhəti"ndə deyib.

Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir: “İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmamalıdır".

Y.Qarayeva "Hepatit A" xəstəliyinin müalicəsi üçün xüsusi dərman vasitəsinin olmadığını qeyd edib. Belə xəstələrə pəhriz, istirahət, maye qəbul etmələri məsləhət görülür.

AzVision.az


Teqlər:



Xəbər lenti