Baş katib: "Körfəz ölkələri Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"

      Baş katib:    "Körfəz ölkələri Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"
  24 Noyabr 2023    Oxunub:1017
“Körfəz ölkələri Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.

Onun sözlərinə görə, qlobal və regional çağırışlar kollektiv çoxtərəfli tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur və bu mənada SPECA-nın fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir: “İnanıram ki, Mərkəzi Asiya regionu və Azərbaycan ilə əməkdaşlığımız təkcə bizim üçün deyil, digər ölkələr üçün də faydalı olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti