Günay Əfəndiyeva TÜRKPA tərəfindən keçirilən konfransda çıxış edib
Günay Əfəndiyeva Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, bu sözlərin dərin fəlsəfənin başlanğıcı kimi uzaqgörənliyin və qardaşlığın rəmzinə çevrildiyini vurğulayıb.
Günay Əfəndiyeva Fond tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə diqqət çəkib. O, bu il təşkilatın Türk Akademiyası ilə birgə əməkdaşlığıyla Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın keçirilməsini vurğulayıb. Günay Əfəndiyeva Ulu Öndərin möhtəşəm yubileyinin Avropanın müxtəlif şəhərlərində Fondun himayəsində yaradılan və 7 Türk dövləti təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri ilə təntənəli qeyd olunduğunu bildirib.
Eyni zamanda Günay Əfəndiyeva Fond tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş böyük nəşr layihəsinin - “Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitabın yaxın zamanda işıq üzü görəcəyini qeyd edib.
Tədbirdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri iştirak ediblər.
AzVision.az
Teqlər: