Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib

   Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib
  25 Noyabr 2023    Oxunub:1916
Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - deyə bildirilib.

Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti