Masallıda qanunsuz silahlar polisə təhvil verilib

Masallıda qanunsuz silahlar polisə təhvil verilib
  25 Noyabr 2023    Oxunub:1400
Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
AzVision.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər davam edtirilir.

AzVision.az



Teqlər: Masallı   DİN   Silah  





Xəbər lenti