DYP: Qaydaları pozan 58 sürücü barəsində tədbirlər görülüb

  DYP:  Qaydaları pozan 58 sürücü barəsində tədbirlər görülüb
  25 Noyabr 2023    Oxunub:2026
Baş DYP İdarəsinin istifadəsində olan 050-8000-902 whatsapp nömrəsinə 1 ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb, fotolarda 4 avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobilləri səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.

“Sürücülərin bir daha nəzərinə çatdırırq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar”, - R.Tağıyev əlavə edib.

AzVision.az



Teqlər: DYP   Tədbirlər  





Xəbər lenti