Bu gün imtahandır

Bu gün imtahandır
  18 İyun 2014    Oxunub:1043
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən növbəti buraxılış imtahanları keçirilir.
AzVision.az xəbər verir ki, imtahanlardan Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonları üzrə orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdləri iştirak edirlər.

İmtahanlarda ümumilikdə 38212 şagirdin iştirakı gözlənilir.

TQDK həmçinin həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirəcəkdir. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti