İqbal Ağazadə Pənah Hüseynlə “dostlaşır”

İqbal Ağazadə  Pənah Hüseynlə “dostlaşır”
  18 İyun 2014    Oxunub:1535
“Pənah Hüseynlə bələdiyyə seçkiləri və müxalifətin bu seçkidə iştirak imkanlarını müzakirə etdik. Bu istiqamətdə müəyyən fikirlərimiz üst-üstə düşdü”.
Bunu AzVision.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə ötən gün Xalq Partiyasının sədri Pənah Hüseynlə görüşündən danışarkən deyib.

O bildirib ki, P.Hüseynlə əməkdaşlıqları bundan sonra daha da genişlənəcək.

“Həm “Qarabağ” bloku çərçivəsində, həm də digər partiyalarla görüşlərimiz olacaq. Pənah bəylə münasibətləri genişləndirib ümumi görüş təşkil edəcəyik və bu görüşdə müzakirələr aparılacaq. Hər halda müsbət bir şeydir”.

Qeyd edək ki, ötən gün Ümid və Xalq partiyalarının liderləri İqbal Ağazadə və Pənah Hüseyn arasında görüş keçirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti