Məmurlarımız hansı maşınlarda gəzir?

Məmurlarımız hansı maşınlarda gəzir?
  18 İyun 2014    Oxunub:1232
Son vaxtlar Azərbaycanın dövlət orqanlarının və şirkətlərinin rəhbər şəxslərinin xidməti avtomobilləri arasında Almaniya istehsalı olan Audilərin sayı artır. Bunu yollarda da aydın müşahidə etmək mümükündür.
AzVision.az xəbər verir ki, Audi avtomobillərinin ölkəmizdə rəsmi distribyutoru olan “European Cars” şirkətindən Marketinq meneceri Əli Əhədov “Marja”ya bildirib ki, dövlət orqanlarında və şirkətlərində Audilərin sayının artması təkliflərinin rəqiblərdən daha əlverişli olması ilə bağlıdır.

“SOCAR-ın bütün rəhbər şəxslərinin xidməti avtomobilləri Audi A8 və Audi A6 modelləridir. Daxili İşlər Nazirliyində də rəhbər şəxslər üçün Audilər alınıb. Eyni zamanda, digər dövlət təşkilatları da Audi modellərindən istifadə edirlər”.
Əli Əhədov qeyd etdi ki, “European Cars” şirkəti hər ay dövlət qurumlarına 1-2 avtomobil satır: “Dövlət orqanları xidməti avtomobilləri tender yolu ilə alırlar. Bizim tenderlərdə qalib gəlməyimizin səbəbi təkliflərimizin daha əlverişli olması və avtomobillərin rəhbər şəxslərin ehtiyaclarına cavab verməsidir. Məsələn, A8 modeli tam təchizatlı avtomobildir”.

Şirkətin Marketinq meneceri qeyd etdi ki, A6 modelinin satış qiməti 46500-69500 manat, A8 modelinin qiyməti isə orta hesabla 156 min manatdır: “A8 modelinin qiyməti 135 min manatdan başlayır və 200 min manata qədər çıxır. Bu modelin orta təchizatlı versiyasının qiyməti təxminən 150 min manatdır”.
Qeyd edək ki, Almaniyanın Audi şirkətinin istehsalı olan avtomobillər uzun illərdir Azərbaycanda satılır. Əvvələr bu markanı yerli bazarda “Kres GMBH” şirkəti təmsil edib. Lakin şirkət satışları artırmağı bacara bilmdiyindən 2012-ci ilin sonlarına yaxın rəsmi distribyutorluq səlahiyyəti “European Cars” şirkətinə verilib.


Teqlər:  





Xəbər lenti