`Ermənilər Bakıdan məlumat ötürür` - Vitse-spiker

`Ermənilər Bakıdan məlumat ötürür` - Vitse-spiker
  18 İyun 2014    Oxunub:824
"Onlar bildirirlər ki, guya burada sıxışdırılır, həbsxanadakı kimi saxlanılırlar”
“Ermənistan nümayəndə heyəti Bakıdan Ermənistana məlumatlar ötürür ki, guya onlar burada sıxışdırılır, çıxışlarına imkan verilmir və ümumiyyətlə, Azərbaycanda həbsxanadakı kimi saxlanılırlar”.

AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini, ölkənin NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında deyib.

O, erməni deputatların bu məlumatı hansı yolla ötürdüklərinin məlum olduğunu söyləyib: “Amma siz seminar iştirakçıları nəyin şahidisiniz? Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib öz sözlərini deyirlər, seminardan kənar sərbəst Bakının istədikləri yerində gəzə də bilirlər. Görünən odur ki, ermənilərin buradan ötürdükləri bu təxribatçı məlumatların məqsədi tamam başqa və iyrəncdir”.

Z. Əsgərov müqayisə üçün ötən il İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında ermənilər tərəfdən Azərbaycan deputatlarına qarşı təzyiqi yada salıb: “O seminarda azərbaycanlı deputatlara ümumiyyətlə, çıxış imkanı verilməmişdi. Vəziyyət o yerə çatmışdı ki, bizim deputatlar Ermənistandan sağ çıxmaları üçün şükür edirdilər”.


Teqlər:





Xəbər lenti