Erməni deputatların Bakıda `nahar` şousu

Erməni deputatların Bakıda `nahar` şousu
  18 İyun 2014    Oxunub:1010
NATO PA-nın Bakıda keçirilən "Rouz-Rout" seminarında iştirak edən erməni nümayəndə heyəti rəsmi nahara qatılmaqdan imtina edib.
AzVision.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ermənilər bunu seminarda onların ünvanına səsləndirilən fikirlərin səbəb olduğunu bildirib. Onlar bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərəvun erməni Poqosyanı terrorçu adlandırması ilə əsaslandırıblar. Ermənilər bununla özlərinin təhqir olunduğunu hesab ediblər.

Xatırladaq ki, ötən gün Ziyafət Əsgərov seminarda ermənilərə sual ünvanlamışdı: "Mən sual verirəm ki, işğal olunmuş torqaları nə vaxt qaytaracaqsınız. Siz Azərbaycanda 30-dan çox terror törətmisiniz. Terror Ermənistanın siyasətidir. Ermənistanın başında terrorçu Sarkisyan durur. Söhbət mənim ölkəmin taleyindən gedir".

O, qeyd edib ki, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. "Sumqayıtda hadisəni torədən sovet "KQB"si idi. Poqosyan, sənin atan Azərbaycanda terror törədib. İnterpol tezliklə onu Azərbaycana verəcək".

Erməni nümayəndə heyətinin üzvi Poqosyan isə atası ilə fəxr etdiyini vurğulayıb. "Əvvəl bizə faşist, sonra terrorçu dedilər. Mən atamla fəxr edirəm və dövlətimi müdafiə edirəm”. (ans)


Teqlər:  





Xəbər lenti