ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirildi

   ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirildi
  06 Yanvar 2024    Oxunub:1152
ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.

Bu barədə xarici KİV departamentin mətbuat katibi Patrik Rayderin bəyanatına istinadən məlumat yayıb.

“Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib.

Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.


AzVision.az


Teqlər:





Xəbər lenti