Blinken: "Soyqırım iddiası yolverilməzdir"

   Blinken:    "Soyqırım iddiası yolverilməzdir"
  10 Yanvar 2024    Oxunub:957
ABŞ Dövlət katibi Antoni Blinken Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı "soyqırımı" iddiası qaldırmasını "ədalətsiz" adlandırıb.
AzVision.az xəbər verir ki, regionda bir sıra görüşlər keçirən Blinken dünən Tel-Əvivdə belə açıqlama verib.

O, məsələ barədə ölkəsinin mövqeyini diqqətə çatdıraraq, Co Bayden administrasiyasının iddianı "HƏMAS terror qruplaşmasının əsir götürdüyü şəxslərin təhlükəsizliyi, Qəzza zolağında insan fəlakətinin və eskalasiya riskinin qarşısının alınması məsələrindən "dünyanın diqqətini yayındırmaq" cəhdi kimi qiymətləndirdiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti