İran İŞİD-in mövqelərini vurdu

   İran İŞİD-in mövqelərini vurdu
  16 Yanvar 2024    Oxunub:994
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada İŞİD-in mövqelərinə silsilə zərbələr endirib. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb
İnqilab Keşikçiləri Korpusunun nümayəndələrinin sözlərinə görə, ballistik raketlərlə komandirlərin toplaşdıqları yerləri müəyyənləşdirib məhv ediblər. Bu aksiyalar yanvarın əvvəlində İranın Kirman şəhərində törədilən terror aktlarına cavab adlandırılıb.

Yanvarın 3-də axşam İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin xatirəsinə həsr olunmuş mərasim zamanı iki partlayış baş verib.

Nəticədə 103 nəfər ölüb. Onların arasında polis əməkdaşları və Qızıl Aypara işçiləri də var. 200-ə yaxın vətəndaş xəsarət alıb. Generalın dəfn olunduğu Kirman əyalətinin səlahiyyətliləri hadisəni terror aktı adlandırıb. İran Daxili İşlər Nazirliyi bunun “xalqa qarşı kor-koranə cinayət” olduğunu və qəti cavab veriləcəyini bildirib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti