Bayden Trampı təriflədi

   Bayden Trampı təriflədi
  16 Yanvar 2024    Oxunub:1012
ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi və sələfi Donald Trampı qarşıdan gələn prezident seçkilərində müxalifətin “aşkar favoriti” adlandırıb.
Amerika lideri bununla bağlı X-dəki səhifəsində yazıb.

“Deyəsən Donald Tramp Ayova ştatında qalib gəlib. O, indiki mərhələdə müxalifətin aşkar favoritidir”, - Bayden yazıb.

Bir müddət əvvəl məlum olmuşdu ki, Ayova ştatında keçirilən seçkilərdə ilkin səsvermənin nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp digər namizədlərdən öndədir.

Siyasətçi bu səsvermənin nəticələri ilə fəxr etdiyini bildirib.

Florida qubernatoru Ron DeSantis hazırda ikinci yerdədir. İlk üçlüyü ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli tamamlayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti