Rusiyada yumurtanın qiyməti düşüb

   Rusiyada yumurtanın qiyməti düşüb
  16 Yanvar 2024    Oxunub:905
Dekabr artımından sonra Rusiyada toyuq yumurtasının qiyməti sabitləşməyə başlayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədə yumurtanı artıq 100 rubldan (1,94 AZN)aşağı qiymətə almaq mümkündür.

Rusiya mətbuatının məlumatına görə, artıq bir sıra pərakəndə satış obyektlərində yumurta 86 - 90 rubla təklif edilir.

Qeyd edək ki, Rusiyaya ötən ilin dekabr ayında Azərbaycandan iki dəfə, bu ilin yanvar ayında isə Türkiyədən 2 dəfə, Azərbaycandan bir dəfə yumurta idxal edilib. Belarus isə ötən illə müqayisədə Rusiya Federasiyasına yumurta ixracını iki dəfə artırıb.

Rosstatın məlumatına görə, yumurta ötən il Rusiyada ən bahalı məhsul olub. 2023-cü ildə Rusiya Federasiyasında yumurta 61,35% bahalaşıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti