Belarus nüvə silahı ilə bağlı doktrina hazırlayır

   Belarus    nüvə silahı    ilə bağlı doktrina hazırlayır
  17 Yanvar 2024    Oxunub:1031
Belarusda nüvə silahının istifadəsini nəzərdə tutan yeni hərbi doktrina layihəsi təsdiq üçün parlamentə təqdim edilib.
AzVision.az xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Ərazimizdəki taktiki nüvə silahlarının istifadəsi ilə bağlı fikirlərimizi açıq şəkildə dilə gətiririk. Bu, müttəfiqlərimiz qarşısında öhdəliklərimizi müəyyənləşdirdiyimiz yeni mərhələdir" , - o deyib.

(Belarusun müdafiə naziri Viktor Xrenin)

Qeyd edək ki, ötən il Belarusa yerləşdirən "qısamənzilli və nisbətən aşağı məhsuldarlığa malik" naməlum sayda taktiki nüvə silahı Rusiyanın nəzarətindədir. Hərçənd yeni doktrinanın bu silahlara necə tətbiq olunacağı bəlli deyil. Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç vurğulayıb ki, bu silahların Belarusda yerləşdirilməsi "NATO üzvü Polşanın təcavüzünün qarşısını almaq" məqsədi daşıyır.

(Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç)

"Təəssüf ki, qonşularımızın, xüsusən də Polşanın bəyanatları bizi hərbi doktrinanı gücləndirməyə məcbur edir" , - Volfoviç qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Belarus   nüvə   silah  





Xəbər lenti