Pakistan İrandakı səfirini geri çağırıb

   Pakistan İrandakı səfirini geri çağırıb
  17 Yanvar 2024    Oxunub:1067
Pakistan öz səfirini İrandan geri çağırıb.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Rəsmi İslamabad Tehranın zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı "terror qruplaşmaları" olub.

Bundan əvvəl İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atəşə tutduğu üçün İraq da Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti