Gürcüstan və İranın xarici işlər nazirləri görüşüb

Gürcüstan və İranın xarici işlər nazirləri görüşüb
  17 Yanvar 2024    Oxunub:847
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində iranlı həmkarı Hüseyin Əmir-Abdullahian ilə tanışlıq görüşü keçirib.
AzVision.az xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.


Bildirilib ki, görüşdə Gürcüstanla İran arasında yaxşı qonşuluq münasibətləri olduğu vurğulanıb. Qeyd olunub ki, nazirlər ticari-iqtisadi münasibətlər də daxil olmaqla ikitərəfli əlaqələrə dair məsələləri, xalqlararası əlaqələrin intensivləşdirilməsinin müsbət potensialını, mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.

XİN-in məlumatına görə, söhbət zamanı regiondakı vəziyyət və çağırışlara da toxunulub. Qeyd olunub ki, görüşdə diqqət regionun dayanıqlı və stabil inkişafına diqqət çəkilib.

AzVision.az



Teqlər:





Xəbər lenti