İrandan Ermənistana külli miqdarda narkotik gətirdilər

İrandan Ermənistana külli miqdarda narkotik gətirdilər
  18 Yanvar 2024    Oxunub:1033
Ermənistan polisi külli miqdarda narkotik partiyası daşıyan iki kuryeri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Qafan şəhərindən bir qədər aralıda Çakaten kəndi yaxınlığındakı polis postunda içərisində 10 kiloqramdan artıq narkotik vasitəyə bənzər maddə olan “Kraysler” markalı avtomobili saxlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti