Qaribaşvili: "Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalayacağına ümid edirəm"

      Qaribaşvili:    "Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalayacağına ümid edirəm"
  18 Yanvar 2024    Oxunub:1020
"Azərbaycanla Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edirəm".
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində deyib.

"Azərbaycan və Ermənistan liderlərinin mövqeyi, onların bir-biri ilə ikitərəfli səviyyədə münasibətlərə malik olmaq istədikləri mənə məlumdur. Şəxsən mənim fikrimcə, bu doğru yoldur, çünki vasitəçilərin və maraqlı tərəflərin sayı bu qədər çox olanda bəzən proses daha münaqişəli və əks-səmərəli xarakter alır.

Gürcüstanın qonşu ölkələrlə çox sıx və tərəfdaş əlaqələri var, onlar bizim qardaşlarımız və dostlarımızdır. Buna görə də onlara uğurlar arzulayıram", - deyə İrakli Qaribaşvili bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti