İsrail Qəzzanın bərpası üçün beynəlxalq koalisiya yaratmağı təklif edib

   İsrail Qəzzanın bərpası üçün beynəlxalq koalisiya yaratmağı təklif edib
  18 Yanvar 2024    Oxunub:1081
Qəzza zolağının müharibədən sonra yenidən qurulması həm Qərbin, həm də region ölkələrinin iştirakı ilə geniş beynəlxalq koalisiya tərəfindən həyata keçirilməlidir.
AzVision.az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda deyib.

İsrail liderinin sözlərinə görə, ölkə Qəzzanı həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini və rifahını təmin edəcək şəkildə yenidən qurmağı öhdəsinə götürmək istəyən dövlətlərin koalisiyasının olacağı bir üfüq görməlidir. Hersoqun fikrincə, Qəzza üçün fərqli bir gələcək təmin edilməlidir.

İsrail prezidenti bu proses çərçivəsində Qəzza fələstinliləri ilə İordan çayının qərb sahilində fəaliyyət göstərən Fələstin Milli Administrasiyası arasında dialoqun mümkünlüyünə də toxunub.

AzVision.az


Teqlər:





Xəbər lenti