Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransa səfiri Rusiya XİN-ə çağırılıb
  18 Yanvar 2024    Oxunub:953
Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsini dağıtması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, məntəqədə xeyli sayda fransız hərbçilərin olduğu üzə çıxıb.

Qeyd edək ki, Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Nəticədə çoxlu sayda fransız, o cümlədən digər ölkələrdən olan əcnəbi muzdlular ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti