"Türkiyəli astronavtın üzvü olduğu Ax-3 missiyası bu gecə yola salınacaq"

"Türkiyəli astronavtın üzvü olduğu Ax-3 missiyası bu gecə yola salınacaq"
  18 Yanvar 2024    Oxunub:1006
"SpaceX" türkiyəli ilk astronavt Alper Gezeravcının üzvü olduğu "Axiom Mission 3"ə (Ax-3) missiyasının bugünkü uçuşu üçün bütün sistemlərin yaxşı vəziyyətdə və hava şəraitinin uyğun olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, dünən son yoxlamalarını tamamlamaq üçün uçuşu bu günə təxirə salınan Ax-3 missiyasının buraxılışını həyata keçirəcək "SpaceX" tərəfindən sosial mediada paylaşım edilib.

"Ax-3-ün bugünkü buraxılışı üçün bütün sistemlər yaxşı vəziyyətdə görünür. Buraxılış üçün hədəf ABŞ-ın şərq vaxtı ilə 16:49-dur (TSI 00:49) və hava şəraitinə uyğunluq 80 faizdir", - məlumatda deyilir.

Ax-3 missiyasının yanvarın 18-dən 19-na keçən gecə, səhər saat 00:49-da NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən SpaceX Dragon kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılması planlaşdırılır.

Qeyd edək ki, "Ax-3" dünya ölkələri üçün aşağı Yer orbitinə gedən yolu yenidən müəyyənləşdirir. Missiya eyni zamanda dünyanın bir regionunda elmi kəşflərə, texnoloji tərəqqiyə, təhsilə və kommersiya innovasiyasına ortaq öhdəliyi təmsil edir.

2024-cü ilin yanvar ayında başlaması planlaşdırılan və təxminən 14 gün davam etməsi gözlənilən uçuş "Axiom Space" tərəfindən həyata keçiriləcək və "Crew Dragon" kosmik gəmisindən istifadə ediləcək.

Ax-3 astronavtları Michael Lopez-Alegria, Valter Villadei, Marcus Vandt və Türkiyədən Alper Gezeravcıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti