Almaniya 1,3 milyard avroya silah sifariş edəcək

   Almaniya 1,3 milyard avroya silah sifariş edəcək
  18 Yanvar 2024    Oxunub:921
Almaniya müdafiə sahəsindəki boşluğu aradan qaldırmaq üçün təxminən 1,3 milyard avroya qısa mənzilli hava hücumundan müdafiə sisteminin yaradılmasını sifariş edəcək.
Bu barədə “Reuters” məlumat yayıb. Bundestaqın Büdcə Komitəsi “Rheinmetall”, “Diehl” və “Hensoldt”un daxil olduğu konsorsiumla razılaşmanı təsdiqləyib. Şirkətlərin əsas vəzifəsi 3 km mənzilli hava hücumundan müdafiə sistemi hazırlamaq olacaq.

İkinci vəzifə, sistemin Berlinin artıq sifariş etdiyi “Diehlin IRIS-T SLM” orta mənzilli hava hücumundan müdafiə sistemlərinə qoşulmasını təmin etmək olacaq. “Hensoldt” 2026 və ya 2027-ci ilə qədər hazır olması gözlənilən sistem üçün radarları tədarük edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti